Sahil Babayev: Bu il ixtisar olunmuş 1287 nəfərə işsizlikdən sığorta ödənişi verilib

Sahil Babayev: Bu il ixtisar olunmuş 1287 nəfərə işsizlikdən sığorta ödənişi verilib Bakı. 11 avqust. REPORT.AZ/ 2018-ci ilin 7 ayı ərzində 374 əlil işlə təmin olunub.
Sosial müdafiə
11 Avqust , 2018 00:02
Sahil Babayev: Bu il ixtisar olunmuş 1287 nəfərə işsizlikdən sığorta ödənişi verilib

Bakı. 11 avqust. REPORT.AZ/ "2018-ci ilin 7 ayı ərzində 374 əlil işlə təmin olunub".

"Report" xəbər verir­ ki, bunu Əmək və Əh­alinin Sosial Müdafiə­si naziri Sahil Babay­ev Aztv-nin "Günün nə­bzi" verilişinə müsah­ibəsində deyib. 

Nazir bildirib ki, bu ilin ötən dövründə 650 fiziki məhdudiyyətli şəxs özünəməşğulluq proqramına cəlb olunub, 170-i isə peşə təlimi və müxtəlif kurslarda iştirak edib. Sahil Babayevin sözlərinə görə, bu ilin 7 ayı ərzində 409 mindən artıq insan sosial müavinət alıb: "Qeyd olunan dövrdə ixtisar olunmuş 1287 nəfərə işsizlikdən sığorta ödənişi verilib".  

Son xəbərlər

Orphus sistemi