Sahibkarlarla "Əmək və Məşğulluq" altsisteminin müzakirəsi ilə bağlı görüş keçirilib

Sahibkarlarla "Əmək və Məşğulluq" altsisteminin müzakirəsi ilə bağlı görüş keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən "Əmək və Məşğulluq" altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunan görüş keçirib.
Sosial müdafiə
25 May , 2022 11:21
Sahibkarlarla Əmək və Məşğulluq altsisteminin müzakirəsi ilə bağlı görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən "Əmək və Məşğulluq" altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunan görüş keçirib.

"Report" xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) baş tutan dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin komitə sədri Musa Quliyev, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Sahibkarlar Konfederasiyası, "Paşa Holding" MMC, Azərbaycan Mikromaliyyə Assosiasiyası, "Azərbaycan Siğortaçılar Assosiasiyası" İctimai Birliyi, Auditorlar Palatası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan-Fransa Ticarət Palatası, AMCHAM, Azərbaycan Sanaye Korporasiyası, "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri iştirak ediblər.

V.Qasımlı bildirib ki, yeni altsistem bütün sahibkarların bu işə öz töhfəsini verdikdə aktiv fəaliyyət göstərəcək: "2030-cu ilə qədər əmək məhsuldarlığı iki dəfə artırılmalıdır. Əmək bazarında tələb və təklifi bir araya gətirəcək platformanın yaradılması əsas amillərdən biridir. Bəzən tələb və təkliflərin üst-üstdə düşməməsi müəyyən problemlərə gətirib çıxarır. Tələbə uyğun təklif formalaşdırılmalıdır. Təhsil sistemi bu işə böyük təkandır. Peşə təhsil sahəsinin genişdirilməsi əsas hədəflərdəndir. BMT-nin hesablamalarına görə, Azərbaycanda əhalinin sayı 10,7 milyon nəfər olacaq. Əsas artımımız kapital qoyuluşu işinin sürətlənməsi hesabınadır. Yeni mərhələyə keçməklə kvalifikasiyalı əməkdartıcı qüvvədir".

M.Abbasbəyli "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacağını vurğulayıb: "Yeni altsistemin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaq və ölkədə bu sahə üzrə ciddi dəstək mexanizmini formalaşdıracaq. Altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv maşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq".

Müzakirələr zamanı sahibkar təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi