Sağlamlıq imkanları məhdud gənclər İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər

Sağlamlıq imkanları məhdud gənclər İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər Gənclərin oyunlarda könüllü kimi iştirakı artıq qeydiyyata alınaraq təsdiqlənib
Sosial müdafiə
6 Aprel , 2017 10:37
Sağlamlıq imkanları məhdud gənclər İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər

Bakı. 6 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarına qatılan gənclərdən 14 nəfəri və mərkəzin məzunlarından 11 nəfəri, ümumilikdə 25 nəfər gənc 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi həmin gənclərin bu oyunlarda könüllü kimi iştirakını artıq qeydiyyata alaraq təsdiqləyib.

Məlumata görə, onlardan bir çoxu “Bakı-2015” ilk Avropa Oyunlarının, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının könüllüləri sırasında olublar. 

Mərkəzdə peşə hazırlığı kurslarını artıq başa vuran və İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcək gənclər də könüllü iştirakla bağlı təlimlərin və oyunların keçirildiyi müddətdə mərkəzdə yerləşdiriləcək, dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin olunacaqlar.

Qeyd edək ki, 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərin əmək bazarına çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Ötən dövrdə mərkəzdə 1050 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə peşə hazırlığı kurslarına qəbul olunub.

Mərkəzə peşə hazırlığı kurslarına qəbul edilən gənclərin peşə təlimi müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təminatı həyata keçirilməklə, həmçinin onlar üçün sosial reabilitasiya yönümlü müxtəlif tədbirlər təşkil olunur.

Son xəbərlər

Orphus sistemi