Sağlam Gələcək Mərkəzi "Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib

Sağlam Gələcək Mərkəzi "Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib Seminarda ailədə qarşılıqlı münasibət, ailədə gənc nəslin tərbiyəsi mövzusunda müzakirələr aparılıb
Sosial müdafiə
24 İyun , 2017 22:46
Sağlam Gələcək Mərkəzi Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib
Foto: Report.az

Bakı. 24 iyun. REPORT.AZ/ Sağlam Gələcək Mərkəzi bu gün “Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib.

"Report" xəbər verir ki, seminarda ailə, onun yaşam mərhələləri, ailə böhranları, ailədə qarşılıqlı münasibət, ailədə gənc nəslin tərbiyəsi mövzusunda müzakirələr aparılıb.

Seminarda çıxış edən Bakı Slavyan Universitetin dosenti, Mərkəzin praktik psixoloqu Gülnarə Həsənova qeyd edib ki, bu ilin may ayında yaradılan mərkəzin əsas məqsədi ailə institutunun yaradılması üzrə işdir:

"Layihənin aktuallığı sosial, psixoloji aspektdə çətinliklərlə üzləşən gənc ailələrə yardım təşkil etmək ehtiyacı ilə şərtlənir".

Onun sözlərinə görə, layihə həm də gənc ailənin inkişafına yardımçı və dəstək olmaq, psixoloji təhlükəsizliyini və psixi sağlamlığını təmin emək, uşaqların formalaşması və inkişafı üçün əlverişli sosial-psixoloji və psixo-pedaqoji şəraitinin yaradılmasını gücləndirilməyi nəzərdə tutur:

"Mərkəz fərdi məsləhətlər, diaqnostik iş, qruplarda iş, təlimlərin, işgüzar oyunların təşkilini həyata keçirir".

Seminarda eyni zamanda, Sağlam Gələcək Mərkəzinin gələcək layihələri, nəzərdə tutduğu tədbirləri barədə iştirakçılara məlumat verilib.

Tədbirdə mərkəzin psixoloqları onlara verilən çoxsaylı sualları cavablandırıblar.

Seminarda müxtəlif ali məktəblərin müəllim və tələbələri, habelə digər sahələri təmsil edən iştirakçılar fəallıq nümayiş etdiriblər.

Son xəbərlər

Orphus sistemi