Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır

Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətilə çıxan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü bu gün başa çatır.
Sosial müdafiə
5 yanvar 2020 05:17
Sabahdan ASAN xidmət və ASAN kommunal mərkəzlərində iş günü başlayır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətilə çıxan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü bu gün başa çatır.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də 6 günlük tətil başa çatır və yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu ilin dekabrın 31-dən 2020-ci ilin yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. 

Son xəbərlər

Orphus sistemi