Sabah “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

Sabah “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür Bakı. 25 iyun. REPORT.AZ/ 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar “ASAN xidmət” və ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.
Sosial müdafiə
25 İyun , 2018 14:23
Sabah “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür
Report
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

İyunun 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Son xəbərlər

Orphus sistemi