Rusiyadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib

Rusiyadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyə edilərək vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.
Sosial müdafiə
28 Avqust , 2020 14:55
Rusiyadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyə edilərək vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Nazirlikdən "Report"a verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.

Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi