Yuxarı

​Rusiyada özünü kasıb sayanların sayı artır

Rusiya vətəndaşlarının 41%-i yemək və paltar almağa pul çatdırmır

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiya vətəndaşlarının 41,4%-i yemək və paltar almağa pul çatdırmır. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu, ötən ay aparılmış monitorinq nəticəsində məlum olub. May ayında bu nisbətin 40% olduğu bildirilir.

İyun ayındakı sorğuda rusiyalıların 23,2%-i maliyyə vəziyyətinin pis və yaxud çox pis olduğunu bildirib. Halbuki, mayda bu kateqoriyanın payı 21,1% təşkil edib.

Monitorinqin nəticəsinə görə, iyunda özünü kasıb sayanlar arasında pensiyaçılar daha çox artıb. Əgər mayda pensiyaçıların 20-22%-i maliyyə durumundan şikayətçi idisə, iyunda bu nisbət 31% olub. Həmçinin, Rusiyada uşaqsız ailələrin 20%-nin, 2 və daha çox uşağı olanların 23%-nin, tənha yaşayanların isə 38%-ni maliyyə vəziyyətindən narazı olduğu üzə çıxıb.

Montorinqə əsasən, bu ölkədə subyektiv səbəblərdən kasıblıq həddi 19%-ə çatıb. Halbuki, rəsmi statistikaya görə, bu göstərici dəfələrlə azdır.

Subyektuv kasıblığın artması əsasən əhalinin real gəlirinin azalması ilə izah olunur. Rəsmi rəqəmlər son 1 ildə real pul gəlirlərinin 5,7% azaldığını göstərir. Rusiya rublunun kəskin ucuzlaşmağa başladığı 2014-cü ilin oktyabr ayından indiyədək isə real gəlirlər 19,3% azalıb.

Bununla belə, monitorinq nəticəsində məlum olub ki, rusiyalıların 21%-i ən ağır iqtisadi dövrün arxada qaldığını düşünür. Halbuki, mayda bu cür düşünənlərin payı 19% olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi