Rövşən Rzayev Quzanlı qəsəbəsində və Bərdədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Quzanlı qəsəbəsində və Bərdədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb
Sosial müdafiə
31 May , 2018 16:09
Rövşən Rzayev Quzanlı qəsəbəsində və Bərdədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev / Report
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağdam rayonunun Quzanlı qəsəbəsində və Bərdə rayonunda məcburi köçkünlərlə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. 

Məcburi köçkünləri dinləyən Dövlət Komitəsinin sədri mövcud problemlər, görülən işlərlə bağlı söhbətlər aparıb, qaldırılan məsələlərlə bağlı geniş izahat verib. Eyni zamanda problemlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün müvafiq konkret tapşırıqlar verib.

Görüşlərdə məcburi köçkünlər tərəfindən, əsasən, mənzil, qeydiyyat, kommunal xidmətlər və digər bu kimi məsələlərlə bağlı müraciətlər edilib.

Görüşlərdə məcburi köçkünlər minnətdarlıq edərək daim dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını söyləyiblər.

Son xəbərlər

Orphus sistemi