Rövşən Rzayev İmişlidə məcburi köçkünləri qəbul edib

Rövşən Rzayev İmişlidə məcburi köçkünləri qəbul edib Bakı. 27 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İmişli, Saatlı, Sabirabad, Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Sosial müdafiə
27 İyul , 2018 17:46
Rövşən Rzayev İmişlidə məcburi köçkünləri qəbul edib
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İmişli, Saatlı, Sabirabad, Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, görüş İmişli Rayon Mədəniyyət Evində təşkil olunub.

R.Rzayev müxtəlif məsələlərlə bağlı müraciət edən məcburi köçkünləri ayrı-ayrılıqda dinləyib. Müraciətlər əsasən mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. 

Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi