Yuxarı

Səlim Müslümov: "Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri başa çatıb"

Nazirliyin bölgələrdəki bərpa mərkəzlərində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub

Bakı. 2 iyun. REPORT.AZ/ "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda və bölgələrdə yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Ötən il bu müəssisələrdə 7 837 nəfər, bu ilin ilk rübündə isə 1 227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib". "Report" xəbər verir ki, bunu nazir Səlim Müslümov Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində çıxışı zamanı deyib.

O bildirib ki, bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür: "Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri başa çatıb və yenidən istifadəyə verilmək ərəfəsindədir. Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında, Bakı şəhər Uşaq Bərpa Mərkəzində isə əsaslı təmir işləri aparılır. Nazirliyin digər bir sıra bölgələrdəki bərpa mərkəzlərində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Təmir işləri başa çatdırıldıqdan sonra bu müəssisələri müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz etməklə bərabər, onlarda sosial reabilitasiya yönümlü xidmətlər şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi