​Rayon polis şöbə və idarələri daha üç rayonda səyyar xidmət göstərib

​Rayon polis şöbə və idarələri daha üç rayonda səyyar xidmət göstərib Ümumilikdə 709 nəfərin müvafiq sənədləri qəbul edilib
Sosial müdafiə
23 Aprel , 2015 13:04
​Rayon polis şöbə və idarələri daha üç rayonda səyyar xidmət göstərib

Bakı. 23 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, növbəti belə tədbirlər Xəzər, Binəqədi rayon polis idarələri və Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Xəzər rayonunun Binə qəsəbəsində 125, Binəqədi rayonunda 348, Göyçay rayonunda isə 236, ümumilikdə 709 nəfərin müvafiq sənədləri qəbul edilib.

“Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir”, - DİN-in məlumatında bildirilib

Son xəbərlər

Orphus sistemi