Yuxarı

Ramil Usubov Şirvanda vətəndaşlarla görüşəcək

Qəbulda Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarının sakinləri də iştirak edəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov fevralın 28-də Şirvan şəhərində vətəndaşlarla görüşəcək.

"Report" DİN-in saytına istinadən xəbər verir ki, görüşdə Şirvan şəhəri ilə yanaşı, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarının sakinləri də iştirak edəcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Qəbul zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), boy ölçüsü 175 sm-dən yuxarı (qadınlar üçün 170 sm), düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli, yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən ölkə vətəndaşları iştirak edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi