​Ramil Usubov Böyük Vətən Müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşüb

​Ramil Usubov Böyük Vətən Müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşüb "Veteranların mənalı həyat yolu və zəngin təcrübəsi yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnəkdir"
Sosial müdafiə
6 May , 2015 17:36
​Ramil Usubov Böyük Vətən Müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşüb

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, R.Usubov bu əlamətdar tarixin hər yerdə yüksək səviyyədə qeyd olunduğunu bildirib, müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından danışıb, məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra 9 mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza hər cür diqqət və qayğı göstərildiyini vurğulayib.

Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin də müharibə iştirakçılarına hər zaman həssas və qayğıkeş münasibətini qeyd edən nazir DİN rəhbərliyinin polis veteranlarının ehtiyacları ilə daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını diqqətə çatdırıb.

R.Usubov əlamətdar bayram münasibətilə veteranları ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının unudulmayacağını qeyd edib.

Nazir son illər dövlət başçısının rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində böyük quruculuq işlərinin görüldüyünü xatırladıb, eyni zamanda, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkənin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin əyani göstəricisi olduğunu vurğulayıb. General-polkovnik Ramil Usubov sözügedən tədbirin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulan bütün məsul vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi