Qüvvəyə minən yeni İXM ilə bağlı DİN-in müvafiq sistemlərində dəyişikliklərin tətbiqinə başlanılıb

Qüvvəyə minən yeni İXM ilə bağlı DİN-in müvafiq sistemlərində dəyişikliklərin tətbiqinə başlanılıb Elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb
Sosial müdafiə
9 Aprel , 2016 15:17
Qüvvəyə minən yeni İXM ilə bağlı DİN-in müvafiq sistemlərində dəyişikliklərin tətbiqinə başlanılıb

Bakı. 9 aprel. REPORT.AZ/ Prezident İlham Əliyevin 2016-cı il 15 fevral tarixli fərmanı ilə bu ilin mart ayının 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün nazirliyin mövcud "Elektron Ödənişlər Sistemi"ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.

Həmçinin, Baş Dövlət Yol Pol İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.azhttps://e-payment.mia.gov.az linklərinə daxil ola bilərlər.

Son xəbərlər

Orphus sistemi