Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 günlük tətil olacaq

Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 günlük tətil olacaq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlama verib
Sosial müdafiə
18 İyul , 2017 12:57
Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 günlük tətil olacaq

Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli "Report"un sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.

Son xəbərlər

Orphus sistemi