Qubada “Ailə günü” bayramı keçirilib

Qubada “Ailə günü” bayramı keçirilib Quba. 23 may. REPORT.AZ/ Quba Olimpiya İdman Kompleksində Beynəlxalq Ailə Günü münasibətilə “Ailə günü” bayramı keçirilib.
Sosial müdafiə
23 May , 2018 16:56
Qubada “Ailə günü” bayramı keçirilib
0 : 00
0 : 00

Quba. 23 may. REPORT.AZ/ Quba Olimpiya İdman Kompleksində Beynəlxalq Ailə Günü münasibətilə “Ailə günü” bayramı keçirilib.

"Report"un məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, UNİCEF və BMT nümayəndələri və respublikanın müxtəlif rayonlarından dəvət olunmuş nümunəvi ailələr qatılıblar.

Tədbirin əvvəlində qonaqlar əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə müxtəlif bölgələrdən olan ailələrin əl işləri, adət-ənənələri, yeməkləri, eləcə də Qubada yaşayan çoxsaylı xalqların mədəniyyət inciləri nümayiş etdirilib. Eyni zamanda tədbir zamanı ailələr arasında intellektual oyunlar keçirilib.

Artıq 9-cu ildir ki, ölkəmizdə “Ailə bayramı” təntənə ilə qeyd olunur. Ənənə şəklini almış bu bayram şənliklərində 4 nominasiya üzrə - bacarıqlı əllər, milli mətbəx, yaradıcı əllər və nümunəvi ailə yarışları keçirilir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycanda ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğunu deyərək ailənin sosial müdafiəsi, gənc ailələrə qayğı sahəsində görülən işlərdən bəhs edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Beynəlxalq Ailə Gününün 25 ildir ki, qeyd olunduğunu xatırladıb. O, bir çox ölkələrlə müqayisədə Azərbaycan ailələrinin mədəni və tolerantlıq mühitində yaşadıqlarını vurğulayıb: "Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Dövlət-ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir".

Dövlət Komitəsinin sədri ailələrin məşğulluq, mənzil və digər məsələlərinin həlli istiqamətində də bir sıra addımlar atdıqları bildirib.

Tədbirin sonunda ən fəal ailələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları və qiymətli hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi