Quba RİH: 10 yaşlı Nuray Bayramzadə xalasının yanındadır

Quba RİH: 10 yaşlı Nuray Bayramzadə xalasının yanındadır "Uşağın 10 yaşı təzəlikcə tamam olub"
Sosial müdafiə
7 Yanvar , 2017 11:15
Quba RİH: 10 yaşlı Nuray Bayramzadə xalasının yanındadır

Bakı. 7 yanvar. REPORT.AZ/ "Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq, 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır".

Bunu "Report"a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçisi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib.

O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub: "Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür".

Elşad Əliyev sosial şəbəkələrdə yer alan videoya da münasibət bildirib: "Məhkəmə qətnaməsi olubsa, onu icra etmək lazım idi. Məhkəmə qətnamə qəbul edib ki, uşaq atasına verilsin. Amma Nurayı xalasından almaq mümkün olmayıb. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət olunub, yəni, o, hazırda xalasının yanındadır".

Son xəbərlər

Orphus sistemi