Yuxarı

Qoşqar Təhməzli: "Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv edilib"

Qoşqar Təhməzli: "Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv edilib"
O bildirib ki, bu, Avropa ölkələrinə ixracla əlaqədardır

Bakı. 17 mart. REPORT.AZ/ "Azərbaycanda istehsal olunan bütün məhsulların sertifikatlaşdırılması ləğv edilib".

“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bütün sahibkarlıq strukturları bunu bilməlidir: "Çünki bundan sonra məhsullara ümumi deyil, çeşidlər üzrə sertifikat veriləcək. Qida subyektləri əvvəlcə qida təhlükəsizliyinə görə qeydiyyata alınacaqlar. Müəyyən araşdırmalardan sonra onlar sertifikat ala biləcəklər".

Q.Təhməzli bildirib ki, dəyişiklik Avropa ölkələrinə ixracla əlaqədardır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi