Yuxarı

​Qobustanda vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmini üçün səyyar xidmət keçirilib

Qəsəbədə 21 şagirdə şəxsiyyət vəsiqəsi verilib, 35 nəfərin isə sənədləri qəbul edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Qobustan qəsəbəsində şəxsiyyət vəsiqəsinin təmini üzrə növbəti səyyar xidmət keçirilib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir zamanı qəsəbə sakinlərindən 60 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 55, hərəkət imkanları məhdud olan 3 nəfərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri icraata götürülüb.

Bununla yanaşı, həmin qəsəbədəki 195 və 321 saylı orta məktəblərin buraxılış siniflərində oxuyan 21 şagirdə şəxsiyyət vəsiqəsi verilib, 35 nəfərin isə sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi