Yuxarı
    Bağlamaq

    Qobustanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

    © Report

    Qobustan. 30 dekabr. REPORT.AZ/ Qobustan rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

    "Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Gənclər Mərkəzində baş tutan bayram tədbirində Rayon İcra Hakimiyətinin nümayəndələri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

    Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən, respublikanın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən və ölkəmiz üçün əldə etdiyi uğurlardan danışıb. O, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu siyasətin uğurla daha da inkişaf etdiyini və bunun sayəsində bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirib.

    Rayon rəhbəri sakinləri qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib.

    Çıxışlar zamanı 2017-cı ilin xalqımız, o cümlədən qobustanlılar üçün uğurlu olduğu qeyd edilib, rayonda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışılıb.

    Bayram şənliyində Şaxta baba və Qar qız qobustanlılara Yeni il arzularını çatdırıb, uşaqlara bayram hədiyyələri paylayıb. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə tədbir davam etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi