​“QHT Məktəbi”nin yaz proqramı başlayır

​“QHT Məktəbi”nin yaz proqramı başlayır Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcək
Sosial müdafiə
6 Mart , 2015 16:24
​“QHT Məktəbi”nin yaz proqramı başlayır

Bakı. 6 mart. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan “QHT Məktəbi” növbəti yaz proqramına qəbul elan edib. Bu barədə “Report”a Mərkəzin mətbuat xidmətindən bildirilib.

Keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan bu Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Bu günədək 1300-ə yaxın məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcək.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra, təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Məktəbdə iştirak etmək istəyənlər martın 29-dək CV-lərini [email protected] elektron ünvanına göndərməlidirlər.

Son xəbərlər

Orphus sistemi