Yuxarı

​Azərbaycan Qətərlə fövqəladə hallar sahəsində əməkdaşlıq edəcək

İlham Əliyev iki ölkə arasında əməkdaşlığa dair fərman imzalayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Qətər arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

"Report"un verdiyi məlumata görə, sənəddə bildirilir:

"Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il oktyabrın 20-də Doha şəhərində imzalanmış saziş təsdiq edilsin, Fövqəladə Hallar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin və Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər hökumətini xəbərdar etsin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi