Qələbə Günü Biləsuvar rayonunda qeyd olunub - FOTO

Qələbə Günü Biləsuvar rayonunda qeyd olunub - FOTO Rayon rəsmiləri veteranlara baş çəkərək, onların problem və qayğıları ilə maraqlanıblar
Sosial müdafiə
9 May , 2018 22:57
Qələbə Günü Biləsuvar rayonunda qeyd olunub - FOTO

Biləsuvar. 9 may. REPORT.AZ/ 9 May - Qələbə Günü Biləsuvar rayonunda qeyd olunub.

"Report"un Aran bürosu xəbər verir ki, bu məqsədlə Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi veteranların evlərində olub, onlara baş çəkib, problem və qayğıları ilə maraqlanıblar.

Görüşdə RİH rəhbərinin müavini Ləman Yüzbaşova bayram münasibətilə təbriklərini çatdırıb və bildirib ki, rayonda yaşayan Böyük Vətən müharibəsi iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunublar. Müharibə iştirakçılarının şərəfli döyüş yolundan danışan natiq ulu öndər Heydər Əliyevin veteranlara diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Cəbhə xatirələrini dilə gətirən veteranlar Azərbaycanda ordu quruculuğundan və ölkəmizin artan iqtisadi qüdrətindən danışıb, dövlətin onlara qayğısından razılıqlarını ifadə ediblər.

Böyük Vətən müharibəsində cəbhəyə yollanan 4387 biləsuvarlıdan 700 nəfəri həlak olub, 400-ü əlil kimi qayıdıb, 788 nəfər isə göstərdiyi şücaətə görə orden və medallarla təltif edilib.

Son xəbərlər

Orphus sistemi