Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq üçün Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə m
Sosial müdafiə
4 İyul , 2022 16:04
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq üçün Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

"Report"un Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastukturu müasir tələblərə uyğun qurulub və reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır.

Mərkəzin direktoru Vidadi Qarayev bildirib ki, müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzi də ötən ilin dekabr ayında istifadəyə verilib:

"Mərkəzin məqsədi tibbi, sosial, əmək reabilitasiya tədbirlərinin aparılması yolu ilə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. 25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb".

Bildirilib ki, müəssisədə bölgədəki rayonlar üzrə bu günə kimi 1 000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilib.

Hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Bakı şəhərində 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri var.

Qeyd edək ki, ölkəmizdə uşaq bərpa müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa etdirilir.

Son xəbərlər

Orphus sistemi