Qazi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib

Qazi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib ƏƏSMN əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış hərbi qulluqçu Abdullayev Kamran Kamil oğlunu (Beyləqan rayonu) ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər.
Sosial müdafiə
21 Yanvar , 2021 10:10
Qazi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış hərbi qulluqçu Abdullayev Kamran Kamil oğlunu (Beyləqan rayonu) ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər.

Nazirlikdən "Report"a verilən məlumata görə, qazi özü müddətdən artıq xidmətdə olan hərbi qulluqçu kimi fəaliyyət göstərib.

Anası işləyir, nənəsi pensiyaçıdır, qazinin həyat yoldaşı isə azyaşlı uşaqlarına baxır. Kamranın əlilliyi yaxın günlərdə qiymətləndiriləcək və əlillik təyin olunduğu halda birdəfəlik sığorta ödənişi, aylıq təqaüd və müavinətlə, reabilitasiya xidmətləri ilə təmin ediləcək. Bu barədə ona məlumat verilib.

İstəyi nəzərə alınmaqla Kamran poliqrafiya üzrə kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib. Bununla bağlı sənədləşdirimə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi