“Qayğı - sağlam nəsil naminə” İctimai Birliyi xüsusi karantin rejimi günlərində “Biz birlikdə güclüyük” şüarı altında dəstək aksiyasını davam etdirir.
"Report"un xəbərinə görə, birliyin nümayəndələri “Daun sindromlu şəxslərin reabilitasiya mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan və “Qayğı reablitasiya mərkəzi”ndə serebral iflicdən müalicə alan uşaqların ailələrinə növbəti dəfə yardım paylayıblar.
Bu çətin günlərdə, birliyin himayəsində olan hər bir uşağın səhhəti ciddi nəzarətdə saxlanılır, eləcə də onların ailə vəziyyətinə xüsusi diqqətlə yanaşılır.
“Evdə qal” şüarına uyğun olaraq birliyin himayəsində olan uşaqlar karantin rejiminin tələb etdiyi bütün qaydalara tam riayət edirlər.
“Qayğı-sağlam nəsil naminə” İctimai Birliyin nümayəndələri həmçinin aztəminatlı ailələrə və Qarabağ əlillərinə də baş çəkib, onlara ərzaq paylayıblar.
Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi
İctimai Birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi” və “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” daxildir.











































