Qaxda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Qaxda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb
Sosial müdafiə
24 Sentyabr , 2016 12:20
Qaxda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qax rayonunda inşa edilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, bu təbəqələrdən olan insanların maddi təminatlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmaqla yanaşı, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, yeni mənzillərlə təminatı sahəsində də məqsədyönlü işlər aparılır: "Azərbaycan Prezidentinin sərəncamının icrası işlərinin davamı olaraq cari ildə 30-a yaxın rayonda 119 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası və Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş 64 mənzil Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edilib. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ötən dövründə 152 nəfəri Qarabağ müharibəsi əlili, 85-i isə şəhid ailəsi olmaqla ümumilikdə 237 nəfərin yeni mənzillərlə təminatı həyata keçirilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı işləri qarşıdakı dövrdə də uğurla davam etdiriləcək. Hazırda Qax rayonunda 3 fərdi yaşayış evi istifadəyə verilməklə yanaşı, bu rayonda qeyd olunan təbəqələrə aid vətəndaşlar üçün daha 2 fərdi yaşayış evinin tikintisi də planlaşdırılır".

Tədbirdə çıxış edənlər ölkədə dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə aparılan uğurlu islahatların eyni zamanda sosial müdafiə tədbirlərinin ildən-ilə güclənməsi ilə müşahidə edildiyini diqqətə çatdırıblar. 

Yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların doğmaları ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması üçün görülən işlərdən razılıqla bəhs ediblər. 

Daha sonra yeni istifadəyə verilən evlərə baxış olub. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Son xəbərlər

Orphus sistemi