Qadınlara qarşı zorakılığı törədənlər daha çox həyat yoldaşlarıdır - RƏSMİ

Qadınlara qarşı zorakılığı törədənlər daha çox həyat yoldaşlarıdır - RƏSMİ Toplanan məlumatlara əsasən, qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir.
Sosial müdafiə
8 Aprel , 2020 10:14
Qadınlara qarşı zorakılığı törədənlər daha çox həyat yoldaşlarıdır - RƏSMİ
0 : 00
0 : 00

"Toplanan məlumatlara əsasən, qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir". 

"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda əksini tapıb.

"Qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi