Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub

Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub Bakı. 7 mart. REPORT.AZ/ 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb.
Sosial müdafiə
7 Mart , 2019 17:21
Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub

Bakı. 7 mart. REPORT.AZ/ 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb.

"Report" xəbər verir ki, S.Babayev onlara bayram təbrikini və arzularını çatdırıb. 

Xanımlara gül və hədiyyələr təqdim edilib.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətlərindən biri kimi, ölkəmizdə gender bərabərliyi, qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunur. Respublika əhalisinin 50,1 faizini təşkil edən qadınlar əmək və məşğulluq sahəsində də kişilərlə bərabər iştirak imkanlara malikdirlər. Nazirliyin sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların da mühüm bir hissəsi qadınlardır.

S.Babayev Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə indiyədək 1628 gəncin müxtəlif peşə hazırlıq kurslarına cəlb edildiklərini, onlardan 541 nəfərini qadınlar təşkil etdiyini deyib.

O bildirib ki, mərkəzdə keçdikləri peşə reabilitasiya dövrü onların həyatlarında müsbət dönüş yaradıb və artıq biz onların burada əldə etdikləri bacarıqlarla uğurlara imza atdıqlarını görürük. Hazırda Mərkəzdə peşə reabilitasiyasında olanlardan da 32 nəfəri xanımlardır. Sevindirici haldır ki, onların simasında biz sağlamlıq imkanları məhdudluğun öz arzularına doğru addımlamaq üçün heç də bir maneə olmadığını dərk edərək, özünəinam hissi və daim uğur qazanmaq, özlərini cəmiyyətin fəal üzvləri kimi təsdiq etmək əzmi ilə yaşayan gəncləri görürük. Bu sahədə nazirlik də daim öz davamlı dəstəyini verəcək.

Mərkəzin direktoru Rəhilə Həsrətova, müəsissədə peşə reabilitasiyasında olan Mətanət Quliyeva, Lamiyə Abdullayeva, Gülnar Rəhimova, Aytəkin Həsənova çıxış edərək göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Sonra S.Babayev Mərkəzdə peşə hazırlığı işinin təşkili vəziyyətini nəzərdən keçirib.

Son xəbərlər

Orphus sistemi