Yuxarı

“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimatı keçirilib

“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimatı keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə nəşr olunan “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə millət vəkilləri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açaraq bildirib ki, kitab ali təhsil müəssisələrinin tələbələri, qadın hüquqlarının müdafiəsi istiqamətində elmi araşdırma aparan gənc tədqiqatçılar, alimlər və jurnalistlər üçün nəzərdə tutulub: “Dərs vəsaitində qadın hüquqlarının beynəlxalq və milli hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, qadın və insan hüquqlarının regional müdafiə mexanizmləri, müvafiq istiqamətdə Azərbaycan Respublikasının milli qanunvericiliyi, qadınların siyasi, əmək, təhsil və digər hüquqları, cinayət, cinayət-prosessual və cəza icra hüququnda qadın hüquqları, qadınların məişət zorakılığından müdafiəsi, qadın və qızların reproduktiv hüquqları, qadın hüquqlarının daxili və xüsusi milli müdafiə vasitələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanları: qadınlar və uşaqlar, silahlı münaqişələr zamanı qadın hüquqlarının müdafiəsi, soyqırımı və silahlı münaqişələr zamanı qadınlara qarşı cinsi zorakılıq və digər müvafiq mövzularda geniş araşdırmalar aparılıb”.

Tədbirdə həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru xanım Mikaela Meredis, Milli Məclisin deputatları Qənirə Paşayeva və Sahibə Qafarova, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, İnsan Hüquqları üzrə Müvəkkilin Aparat rəhbəri Aydın Səfixanlı, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, “Kounterpart İnterneşnl”in Azərbaycan üzrə nümayəndəsi İlqar Ağasiyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müəllimi Pərvanə Bayramova, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və digərlərinin çıxışları dinlənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi