Qadın əməyinin qadağan edildiyi iş yerlərinin siyahısı təkmilləşdiriləcək

Qadın əməyinin qadağan edildiyi iş yerlərinin siyahısı təkmilləşdiriləcək Azərbaycanda qadınların əməyinin tətbiqinin qadağan edildiyi iş yerlərinin siyahısının təkmilləşdirilməsi nəzərdə tutulur.
Sosial müdafiə
13 Fevral , 2020 18:47
Qadın əməyinin qadağan edildiyi iş yerlərinin siyahısı təkmilləşdiriləcək

Azərbaycanda qadınların əməyinin tətbiqinin qadağan edildiyi iş yerlərinin siyahısının təkmilləşdirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında beynəlxalq əmək standartlarına uyğun olaraq qadınların əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi