"Qaçqınkom"un sədri: "Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək"

"Qaçqınkom"un sədri: "Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək" "BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır"
Sosial müdafiə
20 İyun , 2018 17:28
Qaçqınkomun sədri: Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev / Report
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ "Cocuq Mərcanlı əhalisinin kəndə qayıdışı bütün məcburi köçkünlərin öz torpaqlarına qayıdacağına ümidi artırıb".

"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin təhsil və məşğulluğu hökumətin daim diqqət mərkəzindədir: "Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək".

R.Rzayev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır: "İnanıram ki, biz haqlı səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik".

Son xəbərlər

Orphus sistemi