"Qaçqınkom"da virtual qəbul otağı fəaliyyətə başlayıb

"Qaçqınkom"da virtual qəbul otağı fəaliyyətə başlayıb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin virtual qəbul otağı fəaliyyətə başlayıb.
Sosial müdafiə
180
19 Mart , 2020 12:51
Qaçqınkomda virtual qəbul otağı fəaliyyətə başlayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin virtual qəbul otağı fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, qəbul otağı martın 19-u saat 12:00-dan Dövlət Komitəsinin rəsmi "Facebook" səhifəsində ilk canlı yayıma başlayıb.

Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı ictimaiyyəti maraqlandıran bütün suallar qurumun əməkdaşları tərəfindən cavablandırılacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaş qəbulu dayandırılıb.

Vətəndaşların fərdi qəbulu martın 17-dən müvəqqəti olaraq onlayn qəbul ilə davam etdirilir.

Vətəndaşlar 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə Komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər. Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir. Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən video zəng edilməklə aparılacaq.

Son xəbərlər

Orphus sistemi