Yuxarı

Prokurorluq orqanlarında 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub

Prokurorluq orqanlarında 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub 477

Bakı. 27 yanvar. REPORT.AZ/ Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi vurğulanıb. 2017-ci ildə bütövlükdə prokurorluq orqanlarına 83 mindən çox, o cümlədən Baş Prokurorluğa 45 min ərizə və şikayət daxil olmaqla, onlardan 32 mininin müvafiq qaydada həlli, o cümlədən 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 32 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 15 min, Baş Prokurorluqda isə 6 minə yaxın vətəndaş qəbul edilib.

Prokurorluğun əlaqədar qurumlarından tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

Xüsusi vurğulanıb ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 290 vətəndaşın qəbulu keçirilməklə qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi