Prezidentin fərmanı ilə bağlı ASAN-da İşçi Qrup yaradılıb

Prezidentin fərmanı ilə bağlı ASAN-da İşçi Qrup yaradılıb "Ola bilsin ki, gələcəkdə pəncərələrin və əməkdaşların sayı artırılsın"
Sosial müdafiə
18 yanvar 2019 12:16
Prezidentin fərmanı ilə bağlı ASAN-da İşçi Qrup yaradılıb
Report

Bakı. 17 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyevin bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmana əsasən müvafiq proseslərin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İşçi Qrup formalaşdırılıb".

"Report" xəbər verir ki, bunu Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, həmçinin aidiyyatı qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir: "Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq".

Şöbə müdiri qeyd edib ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir".

O bildirib ki, Bakı şəhərində bu xidmətlər alternativsiz olaraq "ASAN Xidmət" mərkəzlərində göstəriləcək: "Regionlarımızda isə vəziyyət bir qədər fərqlidir. Tutaq ki, Qubada "ASAN Xidmət" mərkəzi olduğu üçün yalnız Quba sakinlərinə bu xidmətlər alternativsiz olacaq. Amma qonşu rayonun sakinlərinə yenə də digər dövlət qurumlar xidmət göstərə biləcək".

Onun sözlərinə görə, daha çox müraciət olunan dövlət xidmətləri ilə bağlı təhlillər aparılacaq: "Ola bilsin ki, gələcəkdə pəncərələrin və əməkdaşların sayı artırılsın. Bu təhlillərin nəticəsi olaraq fərmanın icrasına qısa müddətdə başlanılacaq".

Son xəbərlər

Orphus sistemi