Prezidentin fərdi təqaüdünün məbləği 1450 manata çatdırılıb

Prezidentin fərdi təqaüdünün məbləği 1450 manata çatdırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Sosial müdafiə
22 Fevral , 2018 18:40
Prezidentin fərdi təqaüdünün məbləği 1450 manata çatdırılıb

Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 22-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərman ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1300 manat idi. 

Son xəbərlər

Orphus sistemi