Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.
"Report"-un məlumatına görə, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.
Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.