Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb

Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb Bakı. 8 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sosial müdafiə
8 Fevral , 2019 17:43
Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb

Bakı. 8 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. 

Son xəbərlər

Orphus sistemi