Prezident İlham Əliyev müharibə əlillərinə verilən təqaüdlərin artırılması haqqında fərman imzalayıb

Prezident İlham Əliyev müharibə əlillərinə verilən təqaüdlərin artırılması haqqında fərman imzalayıb Təqaüdlər 10 faiz artırılıb
Sosial müdafiə
19 Yanvar , 2016 17:55
Prezident İlham Əliyev müharibə əlillərinə verilən təqaüdlərin artırılması haqqında fərman imzalayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə verilən təqaüdlərin artırılması haqqında fərman imzalayıb. 

"Report" xəbər verir ki, fərmanla “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilib. 

Fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. 

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilib:

“1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.”.

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 129 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.                                                                    

Son xəbərlər

Orphus sistemi