Bakı. 25 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Dövlət Sosial Müdafiə Fonduna 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.