Prezident: "Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək"

Prezident: "Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək" "Bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq"
Sosial müdafiə
171
12 İyul , 2017 15:03
Prezident: Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək

Bakı. 12 iyul. REPORT.AZ/ "Bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq. İlkin mərhələdə 5-10 min ailənin bu proqramdan yararlanması üçün tədbirlər görülüb. Dövlət başçısı bu hədəfə nail olunmaqla işsizliyin aradan qaldırılacağını, bununla da ünvanlı sosial yardıma ehtiyacın qalmayacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi