Polis rəisi sakinin evini təmir etdirib

Polis rəisi sakinin evini təmir etdirib Yaxın günlərdə Osmanovlar ailəsi təmir olunmuş evlərində yaşaya biləcəklər
Sosial müdafiə
29 İyun , 2017 18:31
Polis rəisi sakinin evini təmir etdirib
DİN

Bakı. 29 iyun. REPORT.AZ/ Qusar Rayon Polis Şöbəsi Şahdağ Polis Bölməsinin rəisi evsiz qalmış sakinin problemini həll edib. 

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, artıq yanan evdə təmir işlərinə başlanılıb və yaxın günlərdə Osmanovlar ailəsi təmir olunmuş evlərində yaşayacaqlar.

Qeyd edək ki, iyunun 21-də Qusar rayonu Əniq kənd sakini Qızbacı Osmanovanın evində yanğın baş verib. Kənd sakinlərinin vaxtında müdaxiləsi nəticəsində ev sahibi və 3 azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olub. Amma yanğının qarşısı alınsa da, Qızbacı Osmanovanın evi yaşamaq üçün tamamilə yararsız vəziyyətə düşüb. Əniq kənd sakinləri çətin durumda qalan Osmanovlar ailəsinin üzləşdiyi problemin aradan qaldırılmasına kömək göstərilməsi üçün Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinə müraciət ediblər. Bölmə rəisi, polis mayoru Səbuhi Rüstəmov vətəndaşlarla görüşərkən onların xahişini nəzərə alaraq, Qızbacı Osmanovanın evinin yenidən təmir olunmasına yardım edəcəyinə söz verib. 

Son xəbərlər

Orphus sistemi