Bakı. 23 sentyabr. REPORT.AZ/
Məlumata əsasən, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.
Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Saxlanılma şəraitinin araşdırılması məqsədilə MSY-lərin kameralarına baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş və telefon danışıqları, kameradan çıxarılma və sovqatla bağlı sənədləşmə yoxlanılıb.
MPQ üzvləri həmin müəssisələrdə 15-dən artıq saxlanılan şəxsi fərdi qaydada qəbul edib, onlarla təkbətək söhbətlər aparıb. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.
Həmin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.