“Petkim”in dəstəyi ilə Əliağa bölgəsinin ibtidai məktəblərində aksiya keçirilib

“Petkim”in dəstəyi ilə Əliağa bölgəsinin ibtidai məktəblərində aksiya keçirilib Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə “Petkim”in dəstəyi ilə çatdırılıb
Sosial müdafiə
13 Dekabr , 2016 15:10
“Petkim”in dəstəyi ilə Əliağa bölgəsinin ibtidai məktəblərində aksiya keçirilib

Bakı. 13 dekabr. REPORT.AZ/  Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki ibtidai məktəblərdə dekabrın 12-də “Yaxşılıq et” layihəsi həyata keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşüblər. 

Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak ediblər. Hədiyyələr Bitlisin Hizan və Vanın Çatak kəndlərinə “Petkim”in dəstəyi ilə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi