Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən əlillərin sayı açıqlanıb

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən əlillərin sayı açıqlanıb Ümumilikdə, 1903 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Sosial müdafiə
21 Avqust , 2015 16:37
Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən əlillərin sayı açıqlanıb

Bakı. 21 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında 345 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 213 nəfəri nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclər burada eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. Qalan 132 nəfər isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar. Həmin insanlardan 48 nəfərini gözdən əlil şəxslər təşkil edib.

Kursları bitirən əlilliyi olan şəxslərə bu barədə müvafiq sertifikatlar verilir və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər görülür. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında ümumilikdə 1903 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Son xəbərlər

Orphus sistemi