DSMF sədri: "Pensiya təminatında maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır"

DSMF sədri: "Pensiya təminatında maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır" "Hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir"
Sosial müdafiə
1 İyun , 2015 13:38
DSMF sədri: Pensiya təminatında maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır

Bakı. 1 iyun. REPORT.AZ/ "Pensiya təminatında dövlət öhdəliklərin ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır". "Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Fond sədri qeyd edib ki, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin yanvarın 1-dən əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir: "Dövlət büdcəsindən ayrılan transfertin həcmi həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Başqa sözlə, hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır. Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib".

Son xəbərlər

Orphus sistemi