Pensiya islahatlarına dəstək məqsədi ilə tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib

Pensiya islahatlarına dəstək məqsədi ilə tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.
Sosial müdafiə
13 Mart , 2019 10:44
Pensiya islahatlarına dəstək məqsədi ilə tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib
Report / Elchin Murad
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfirinin müşaviri Yohan Şitterer, avropalı ekspertlər və başqaları iştirak edib.

Nazir Sahil Babayev layihə barədə məlumat verərkən bildirib ki, pensiya təminatı üzrə avtomatlaşdırılmış maliyyə nəzarəti sisteminin (elektron auditin) inkişaf etdirilməsi sahəsində bacarıqların və vasitələrin, səmərəliliyin artırılması, büdcənin tərtibatında strateji planlaşdırma mexanizmlərinin gücləndirilməsi və s. ilə bağlı layihə çərçivəsində Avropanın qabaqcıl təcrübələri əsasında qiymətləndirmələr aparılıb: "Həmçinin konseptual və təlimat sənədləri, təkliflər, tövsiyələr hazırlanıb. Avropalı ekspertlərlə birgə layihənin bütün komponentləri üzrə məqsədyönlü işlər aparılıb. Pensiya sahəsində islahatlar prosesində bu layihə üzrə görülən işlərin nəticələri, eyni zamanda, qabaqcıl təcrübələrin öyrənilməsi xüsusi önəm kəsb edir".

Aİ rəsmisi K.Yankauskas ötən dövrdə icra olunan birgə layihələrin Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədinə yönəldiyini deyib. O, həmin layihələrin Aİ ölkələrində müvafiq sahələrdə mövcud olan təcrübələri, yeni yanaşmaları öyrənmək, gələcək islahatlar üçün həmin təcrübələrdən istifadə imkanı verdiyini qeyd edib.

Y.Şitterer isə ölkəsinin Azəraycanla sosial sahədə də əməkdaşlığının inkişafı üçün tvinninq layihələrinin əhəmiyyətini vurğulayıb, son iki ildə icra olunan bu layihənin səmərəli nəticələrinin ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşməsində öz töhfəsini verəcəyinə bildirib.

Tədbirin davamında konfrans iştirakçılarının sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi