Penitensiar Xidmətin şəxsi heyəti məcburi köçkünlərə yardım göstərib

Penitensiar Xidmətin şəxsi heyəti məcburi köçkünlərə yardım göstərib Sovqat Kürdəmir rayonunda məskunlaşanlara paylanılıb
Sosial müdafiə
17 Noyabr , 2016 20:08
Penitensiar Xidmətin şəxsi heyəti məcburi köçkünlərə yardım göstərib

Bakı. 17 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şəxsi heyəti tərəfindən Kürdəmir rayonunda məskunlaşmış məcburi köçkünlərə yardım aksiyası keçirilib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, 15.000 manat dəyərində olan sovqat Penitensiar Xidmətin və Kürdəmir rayon İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə 570 məcburi köçkün ailəsinə paylanılıb.


Son xəbərlər

Orphus sistemi