Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov oktyabrın 11-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.
Sosial müdafiə
10 Oktyabr , 2019 09:42
Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov oktyabrın 11-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi